IQNA

Sionist rejim 5 ayda 295 fələstinli qadını həbs edib

11:29 - March 08, 2017
Xəbər sayı: 3481429
Sionist rejim son beş ayda - 2016-cı ilin oktyabr ayından (üçüncü intifadanın başlandığı gündən) 2017-ci ilin fevral ayının sonuna kimi 295 fələstinli qız və qadını həbs edib.

Sionist rejim 5 ayda 295 fələstinli qadını həbs edib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, bunu fələstinli hərbi əsirlər və məhbuslar üzrə təşkilat öz hesabatında açıqlayıb.

Hesabatda bildirilir ki, 2017-ci ilin əvvəlindən indiyədək 33 fələstinli qadın işğalçı sionist rejim tərəfindən həbs olunub.

Hesabatda qeyd olunur ki, 1967-ci ildən indiyədək sionist rejim 15000 fələstinli qadını həbs edib. Hazırda sionist rejim həbsxanlarında 56 fələstinli qadın saxlanılır. Onlardan 16-sı 18 yaşdan aşağı qızlardır.

Teqlər: sionist rejim ، fələstin ، iqna ، quran ، İslam ، İkna ، məscid ، israil
captcha