IQNA

Amerikalı tədqiqatçıların Namazın faydaları barədə yeni kəşfləri

0:08 - March 10, 2017
Xəbər sayı: 3481434
Rükü və Səcdənin dizdə yaratdığı vəziyyət oynaqların elastiklik qabiliyyətini artırır, ümumilikdə isə insanın fiziki və psixi həyacanlarını azaldır, əsəb və əzələ gərginliklərini müalicə edir.

Amerikalı tədqiqatçıların Namazın faydaları barədə yeni kəşfləri

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikada yeni bir tədqiqatın nəticələrinə əsasən Namazın fiziki hərəkətləri əgər doğru və düzgün yerinə yetirilərsə, insanın bel fəqərələri və bədənin oynaqlarının möhkəmlənməsində təsirli rola malik ola bilər.

Namazın yeni faydaları barədə araşdırmanın nəticələri "Müsəlmanların Namaz qıldığı müddətdə bədən hərəkətlərinin dicital insan modelindən istifadə edilərək erqonomik öyrənilməsi" adlı məqalədə çap edilmişdir.

Bu yeni arayışa əsasən Namaz fiziki həyəcan və gərginliyi azaltmaqla yanaşı, həm də rüku zamanı diz və belin münasib bucaq formasını alması bel fəqərəsinin və bədən oynaqlarının möhkəmlənməsində təsirli müalicə roluna malik ola və hətta oynaq xəstəliklərinin qarşısını ala bilər.

Amerikanın Pennsylvania əyalətinin Pen Steyt univeristetinin tədqiqatçıları tərəfindən aparılan bu arayışda deyilir: Namazdakı fiziki hərəkətlər bir cəhətdən Yoqadakı və ya fizioterapiya məşqlərindəki hərəkətlərə oxşayır ki, bel fəqərəsi ağrılarının müalicəsi üçün faydalıdır.

"Müsəlmanların Namaz qıldığı müddətdə bədən hərəkətlərinin dicital insan modelindən istifadə edilərək erqonomik öyrənilməsi" adlı bu məqalə deyilir ki, Asiya, Amerika və Hindistanlı qadın və kişilərin namaz qılarkən bədən modeli dicital olaraq hazırlanıb və Namazın fiziki hərəkətlərinin bel fəqərə sütünu və oynaqlara təsiri yoxlanılıb. Nəticələr göstərib ki, səcdənin dizdə yaratdığı vəziyyət oynaqların elastiklik qabiliyyətini artırır. Həmçinin Namaz ümumilikdə insanın fiziki və psixi həyacanlarını azaldır, əsəb və əzələ gərginliklərini müalicə edir.

Məqalənin müəllifləri iddia edirlər ki, insanların fiziki sağlamlıqları ictimai, iqtisadi, yaşam tərzi kimi amillərlə və məzhəb faktorları ilə sıx əlaqəlidir.

http://iqna.ir/fa/news/3582387


captcha