IQNA

Əbu Bəkr Bağdadi Amerikanın köməyi ilə Mosuldan qaçdı

10:33 - March 10, 2017
Xəbər sayı: 3481435
İraqın "Xalq Könüllüləri Ordusu"nun yüksək rütbəli komandirlərindən biri deyib ki, amerikalı hərbiçilər Əbu Bəkr Bağdadinin Mosulun sağ sahili tərəfdən qaçmasına kömək ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın "Xalq Könüllüləri Ordusu"nun (əl-Həşd əş-Şəəbi) yüksək rütbəli komandirlərindən biri deyib ki, amerikalı hərbiçilər İŞİD terrorçu qruplaşmasının başçısı Əbu Bəkr Bağdadinin Mosulun sağ sahili tərəfdən qaçmasına kömək ediblər.

İraqın "Xalq Könüllüləri Ordusu"nun (əl-Həşd əş-Şəəbi) yüksək rütbəli komandiri Cavad ət-Təlibavi "sumariyya nyuz" xəbər agentliyinə müsahibəsində deyib ki, əldə etdiyimiz məlumatlara əsasən, amerikalı hərbiçilər İŞİD terrorçu qruplaşmasının başçısı Əbu Bəkr Bağdadinin Mosulun sağ sahili tərəfdən "Əl-Qeyrəvan" rayonuna qaçmasına kömək ediblər.

O vurğulayıb: Bizim kəşfiyyat tağımımız Əbu Bəkr Bağdadinin Mosulun cənubdan 80 km.-liyində yerləşən Əl-Qeyrəvan və əl-Həzər rayonları ərazisində yerdəyişmə halındadır.

ABŞ-ın müdafiə nazirliyinin (pentaqon) yaydığı məlumata görə isə Əbu Bəkr Bağdadi həftənin 3-cü günü Mosuldan qaçıb və səhralıq ərazilərdə gizlənib.

http://iqna.ir/fa/news/3582525


Teqlər: iqna ، mosul ، İraq ، Əbu bəkr bağdadi ، abş
captcha