IQNA

Palmiranı xarabaya çevirmiş İŞİD komandiri məhv edildi

17:35 - March 17, 2017
Xəbər sayı: 3481455
Suriya ordusu İŞİD terror təşkilatının səhra komandirlərindən birini məhv edib. Həmin komandirin əmri ilə 2015-ci ildə Palmira şəhərindəki bir sıra qədimi abidənin məhv edildiyi bildirilir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri"yə istinadla verdiyi xəbərə görə,verdiyi xəbərə əsasən, Suriya ordusu İŞİD terror təşkilatının səhra komandirlərindən birini məhv edib. Həmin komandirin əmri ilə 2015-ci ildə Palmira şəhərindəki bir sıra qədimi abidənin məhv edildiyi bildirilir.

Söhbət, "Əbu Həmid əs-Sukni” adı ilə məşhur olan terrorçudan gedir. O, bu ləqəbini doğulduğu yerin adından, yəni Palmira ilə Deyr-əz-Zor arasında yerləşən əs-Sukna şəhərciyindən götürüb. Mənbələrin məlumatına görə, əs-Sukni qədim mədəniyyət abidələrinin məhv edilməsi əmrini şəxsən verib.


Teqlər: iqna ، İŞİd ، suriya ، İraq
captcha