IQNA

İran və Səudiyyə Ərəbistan Həcc məsələsində razılaşdı

17:58 - March 17, 2017
Xəbər sayı: 3481458
Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi elan edib ki, İranın Həcc və Ziyarət Təşkilatı ilə iranlıların cari ilin Həcc mövsümündə ziyarətdə iştirak etməsi ilə bağlı razılıq əldə olunub.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi elan edib ki, İranın Həcc və Ziyarət Təşkilatı ilə iranlıların cari ilin Həcc mövsümündə ziyarətdə iştirak etməsi ilə bağlı razılıq əldə olunub.

"Maide.Az" xəbər verir ki, Səudiyyə Ərəbistanın "SPA” agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi bu gün bəyanat yayaraq bildirib ki, iranlı hacıların qarşıdan gələn Həcc mövsümündə ziyarətə qatılması üçün lazimi addımlar atılıb.

Bəyanatda bildirilir ki, hər bir məzhəb və milliyyətdən olmasından asılı olmayaraq dünyanın müxətlif ölkələrindən bütün hacıların, Ümrə ziyarətçilərin və digər zəvvarların təhlükəsizliyini və asayişini təmin etmək üçün ölkəmizin (Səudiyyə Ərəbistanın) bütün maddi və insani güc və ehtiyatından istifadə edəcəyik.

Qeyd edək ki, 2015-ci ilin Həcc ziyarəti zamanı yaşanan faciəvi insidentdən sonra rəsmi Tehran vətəndaşlarına Məkkəyə getməyi qadağan edib. Həmin il Mina faciəsində 466 iranlı zəvvar həyatını itirib.


Teqlər: iqna ، iran ، həcc ، ərəbistan
captcha