IQNA

Banqladeşdəki kamikadze hücumunun məsuliyyətini İŞİD üzərinə götürdü

14:58 - March 19, 2017
Xəbər sayı: 3481463
Banqladeşin paytaxtı Dəkkədə dünən təhlükəsizlik qüvvələrinə edilən kamikadze hücumunun məsuliyyətini İŞİD terror təşkilatı üzərinə götürüb.


Banqladeşdəki kamikadze hücumunun məsuliyyətini İŞİD üzərinə götürdü

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Banqladeşin paytaxtı Dəkkədə dünən təhlükəsizlik qüvvələrinə edilən kamikadze hücumunun məsuliyyətini İŞİD terror təşkilatı üzərinə götürüb.

Təşkilatın "Əl-Bəyan" adlı radio bülletenində verilən açıqlamada hücumu İŞİD üzvünün həyata keçirdiyi qeyd edilib.

Aşkona düşərgə bölgəsində inşaatı davam edən RAB binasındakı hücumda kamikadzedən başqa ölən olmamış, 2 nəfər yaralanmışdı.

Teqlər: bangladeş ، kamikadze ، iqna ، İŞİd ، terror ، hücum
captcha