IQNA

İstanbulda Xanım Fatimeyi Zəhra (s.ə) mövludu və Novruz birlikdə qeyd edildi

13:08 - March 21, 2017
Xəbər sayı: 3481465
İstanbulun Halkalı bölgəsində Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu və Novruz bayramı birlikdə qeyd edilib.


İstanbulda Xanım Fatimeyi Zəhra (s.ə) mövludu və Novruz birlikdə qeyd edildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, İstanbulun Halkalı bölgəsində, Zeynəbiyyə məhəlləsində "Yəhya Kamal Bayatlı" adına mədəniyyət sarayında Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu və Novruz bayramı birlikdə qeyd edilib.

Tədbir "Zəhra Ana" təşkilatı tərəfindən təşkil edilib. Bayram mərasiminə Türkiyə şiələrinin liderlərindən və Zeynəbiyənin qurucularından olan Şeyx Səlahəddin Özgündüz, Küçükçəkməcə rayon bələdiyyəsinin sədri Əziz Yeniay, Rayon İcra başçısı Harun Kaya, rayon dini idarələrinin rəsmiləri, diplomatik missiyaların təmsilçiləri, Azərbaycandan ilahiyyatçı və məddahlar qatılıblar.

Mərasimdə diqqət çəkən məqam isə Azərbaycanın İgidliyə görə medal almış şəhid Fərid Əhmədovun anası Nərgiz xanımın qatılması olub.

captcha