IQNA

Avropa ölkəsində hicablı işsizlərlə bağlı sərt qərar

22:39 - March 22, 2017
Xəbər sayı: 3481468
Danimarkada baş örtüyünü çıxarmayan qadınlar işsizlərə verilən müavinətdən məhrum ediləcəklər.


Avropa ölkəsində hicablı işsizlərlə bağlı sərt qərar

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Report-a istinadən xəbər verir ki, yeni qərara əsasən hicabını çıxarmamaq üçün dövlətin təklif etdiyi işlərdə çalışmaq istəməyən işsizlərə müavinət verilməyəcək.

Artıq Danimarkanın ən böyük bələdiyyələrindən ikisi təklif olunan iş yerlərində baş örtüklərinin istifadə edilməməsi istəyinə qarşı çıxan və bu səbəbdən işi qəbul etməyən hicablı işsizlərin müavinətlərini kəsib.

Danimarkanın əmək qanunvericiliyinə görə, işsiz danimarkalılar işverən qurumların təklif etdiyi işlərin onlara uyğun olub-olmadığını müzakirə etmədən qəbul etməlidirlər.

Teqlər: avropa ، iqna ، İslam ، hicab ، quran ، məscid ، İkna
captcha