IQNA

Ali Xəlifə rejim qüvvələri şiələrin evlərinə hücum edib

23:50 - March 23, 2017
Xəbər sayı: 3481470
Bəhreynin təhlükəsizlik qüvvələri ötən gün səhər ölkənin şərqində Sitra adasında şiələrin evlərinə hücum edib.


Ali Xəlifə rejim qüvvələri şiələrin evlərinə hücum edib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.az-a istinadla xəbər verir ki, Bəhreyn qüvvələri güc tətbiq edərək evlərə soxulub və evdə əşyaları dağıdıb və sındırıb.

Qeyd edək ki, Bəhreyn rejim qüvvələri mart ayının əvvəlindən müxtəlif bəhanələrlə Sitra adasında şiələrin evlərinə hücumları artırıb.Bu hücumlar hələ də davam edir.

Bəhreyn rejim qüvvələri indiyədək 50 evə hücum edib və 40 nəfəri həbs edib. Onlardan 8 nəfəri azyaşlı uşaqlardır.


captcha