IQNA

Qırğızıstanda Novruz

23:55 - March 24, 2017
Xəbər sayı: 3481471
Qırğızlar bu bayramı "Naruz" adlandırırlar. Bu günlərdə oğlan uşağı dünyaya gələrsə, adını Naruzbek, Naruzbay və gərə qız uşağı dünyaya gələrsə, adını Naruz, ya "Naruzgül" qoyurlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu günlərdə bir çox Şərq və Asiya ölkəkəri Mart ayının 21-ni Novruz və Bahar bayramı olaraq təmtəraqlı şəkildə bayram edirlər.

Bu bayramı keçirən ölkələr arasında Qırğızıstan da vardır. "Novruz" sözü "Qırğız" dilində danışan qırğızıstanlılar üçün də doğma sözdür. Sovetlər dönəmində unudulmaqda olan bu söz və bu bayram SSR dağıldıqdan sonra Qırğızıstanda yenidən canlanmağa başladı və hər il ötən ildəkindən daha da gözəl keçirilir.

Qırğızlar iki gün (1-2 Fərvərdin / 20-21 Mart) qeyd edirlər. Qırğızlar bu bayramı "Naruz" adlandırırlar. Bu günlərdə oğlan uşağı dünyaya gələrsə, adını Naruzbek, Naruzbay və gərə qız uşağı dünyaya gələrsə, adını Naruz, ya "Naruzgül" qoyurlar.

Novruz bayramı qırğızlar arasında müqəddəs bayramlardan bridir. Novruz bayramı qədər heç bir bayram bu ölkədə belə bir təmtəraqla keçirilmir.

Qırğızlar İslamdan öncə bu bayramı "Paganizm" ayinləri əsasında keçirərdilər. Amma İslam dinini qəbul etdikdən sonra bu bayramı İslami qaydalar əsasında keçirməyə başladılar, təbiətin canlanması və baharın gəlişi kimi dəyərləndirdilər.

Novruz bayramı qırğızlar arasında qədimdən olsa da bu bayram ilk dəfə 1989-cu ildə Qırğızıstanda rəsmi bayram kimi təqvimə salındı. Müstəqillik dönəmində isə Novruz bayramı 6 milyon əhalisi olan Qırğızıstanın milli bayramları sırasına daxil edildi.

Qeyd edək ki, Novruz bayramı 2009-cu ilin Sentyabr ayının 30-da UNESCO –da mədəni və mənəvi irs siyahısına daxil edildi və dünyanın 50 ölkəsinin rəsmi bayramı kimi tanındı.

http://iqna.ir/fa/news/3583343


captcha