IQNA

Yəməndə Səudiyyə Ərəbistanı rejimi əleyhinə genişmiqyaslı aksiya

11:34 - March 27, 2017
Xəbər sayı: 3481476
Səudiyyə Ərəbistanı rejiminin Yəmənə hücumunun ikinci ildönümündə milyonlarla yəmənli Sənada iştirakı ilə genişmiqyaslı etiraz aksiyası keçirilib.

Yəməndə Səudiyyə Ərəbistanı rejimi əleyhinə genişmiqyaslı aksiya

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.İnfo-a istinadla xəbər verir ki, genişmiqyaslı etiraz aksiyasında Səudiyyə rejiminin Yəmənə hücumları pislənilib.

Yəmənin İnsan Hüquqları üzrə təşkilatlardan birinin açıqlamasına görə, Səudiyyə Ərəbistanı rejiminin Yəmənə təcavüzü nəticəsində 12 mindən çox yəmənli həyatını itirib, onlardan 2 min 568-i uşaq, 1870-i isə qadındır. Ən az 20 min nəfər isə yaralanıb.

captcha