IQNA

FOXNews xəbər kanalının aparıcısı müsəlmanları təhqir etdi

20:51 - April 18, 2017
Xəbər sayı: 3481557
Jon Eskat - FOXNews xəbərkanalının aparıcısı, "Fox and Friends" proqramında məşhur Amerika seriyallarından birinin aktyorunun sözlərinin cavabında müsəlmanları təhqir etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "salon" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Jon Eskat - FOXNews xəbərkanalının aparıcısı, "Fox and Friends" proqramında məşhur Amerika seriyallarından birinin aktyorunun sözlərinin cavabında müsəlmanları təhqir etdi.

"Fox and friends" proqramının aparıcılığını edən Jon Eskat və onun digər iki nəfər həmkarı Mandy Patinkinin rola çəkildiyi məşhur Amerika serialı olan "Vətən" (Homeland) serialından qısa bir fraqmenti yayaraq "Mandy"nin serial barədə səsləndirdiyi fikirlərin cavabında müsəlmanları təhqir ediblər.

Mandy Patinkinin bu serial barədə açıqlamasında demişdi ki, "Homeland" serialı "islamofobiya"da ittiham olunur və bu serial barədə bu cəhətdən çoxlu tənqidlər var.

O əlavə edib: Serialın yeni fəslində çalışacayıq ki, cəmiyyətdəki "islamofob" probleminin həllində biz də bir çarə olaq və problemin bir hissəsi olmayaq. Gələcək fəsillər və bölmələrdə yeni bir dastan yeni bir xətt üzərə irəliləyəcək və çalışacayıq ki, insanlara bu barədə kömək edək və şayəd bu serialın pis adamları dövlətin başında duran siyasətçilərdir, müsəlman cəmiyyəti deyil.

Aktyorun bu sözləri kanalın aparıcılarının xoşuna gəlmədiyi üçün Jon Eskat deyib ki, biz bilirik yarışlardakı bombaları kimlər partlatdı. Əgər müsəlmanlar onlardan mənfi sima göstərilməsini istəmirlərsə, daha yaxşıdır ki, insanları diri yandırmasınlar, bomba partlatmasınlar və bu kimi işlər görməsinlər.

http://iqna.ir/fa/news/3590732


Teqlər: iqna ، foxnews ، islamofob
captcha