IQNA

"İxvanul-Müslimin" təşkilatı Ərdoğana Qurani təbrik mesajı göndərdi

9:10 - April 19, 2017
Xəbər sayı: 3481558
Misirin "İxanul-Müslimin" hərəkatı Ərdoğana Türkiyənin ana yasasında islahatlarla bağlı keçirdiyi referendumda qələbəsi münasibəti ilə göndərdiyi təbrik ismarışında Quran ayələrinə istinad etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin "İxanul-Müslimin" hərəkatı Ərdoğana Türkiyənin ana yasasında islahatlarla bağlı keçirdiyi referendumda qələbəsi münasibəti ilə göndərdiyi təbrik ismarışında Quran ayələrinə istinad etdi.

Misirin "Əl-Yəvm Əs-Sabe" qəzetinin terrorist adlandırdığı "İxavanul-Müslimin" hərəkatının rəhbərləri Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğana ölkəsinin ana yasasında islahatlarla bağlı keçirdiyi referendumda qələbə çalması münasibəti ilə təbrik deyiblər.

Hərəkətanın başçıları Rəcəb Təyyib Ərdoğana göndərdikləri təbrik mesajında onun bu qələbəsi barədə Quran ayələrinə və dini terminlərə istinad ediblər.

"İxavnul-Müslimin" bu təbrik bəyaniyyəsində Türkiyənin ana yasasının islah edilməsini tarixi bir nailiyyət, müvəffəqiyyət və uğur adlandırıb və öz növündə seçilən bir addım kimi tərifləyib.

Bu bəyaniyyədə Ərdoğanın uğuru barədə Quran- Kərimin "Ali- İmran" surəsinin 126-cı ayəsinə istinad edilib ki, Allah- Taala buyurur:

وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُمْ

"Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi...".

Həmmam Əli Yusif – "İxvanul- Müslimin" cərəyanının şura məclisinin üzvlərindən biri, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğana ölkəsinin ana yasasında islahatlarla bağlı keçirdiyi referendumda qələbə çalması münasibəti ilə göndərdiyi təbrik mesajında Quran- Kərimin Yunis surəsinin 58 ayəsinə istinad etmişdir:

قُلْ بِفَضْلِ اللَّهِ وَبِرَحْمَتِهِ فَبِذَلِكَ فَلْيَفْرَحُوا هُوَ خَيْرٌ مِمَّا يَجْمَعُونَ

"De ki, Allahın fəzl və rəhməti ilə möminlər şad olmalıdırlar və bu (Allahın fəzli və rəhməti ilə sevinmək) dünya malından topladığınız hər bir şeydən daha xeyirlidir".

Qeyd edək ki, Türkiyənin ana yasasının islah edilməsində Ərdoğanın qələbə çalması və bu münasibət ilə çıxışlarını "İxvanul-Müslimin" təşkilatının rəsmi televiziya kanalı olan "VƏTƏN" TV bu qələbəni "Allah bizimlədir" və "Təkcə Allah Qalibdir" kimi ifadələri tez- tez işlətməklə hərtərəfli işıqlandırırdı.

http://iqna.ir/fa/news/3590830


captcha