IQNA

Almaniyada vandallar növbəti məscidi təhqir ediblər

9:45 - April 22, 2017
Xəbər sayı: 3481566
Almaniyada yerləşən növbəti məscid şəxsiyyətləri bəlli olmayan vandalların hücumuna məruz qalıb.

Almaniyada vandallar növbəti məscidi təhqir ediblər

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Almaniyada şəxsiyyətləri məlum olmayan vandallar növbəti məscidi təhqir ediblər. Bu səfər isə Leyptsiq şəhərində yerləşən Eyyub Sultan İslam mərkəzi cinayətkarların hücumuna məruz qalıb.

Boya ilə çirklədilmiş məscidin lövhə və divarlarını səhər tezdən oranın imamı görüb. Cinayətkarlar binanı qara aerozol boyası ilə ləkələyiblər.

"Bu hərəkətlər inanclıların hislərini təhqir edir. Mən məscidə gələn zaman boya hələ qurumamışdı. Görünür ki, insident səhər tezdən baş verib.”, - deyə məscid əməkdaşı İsmayıl Özqan bildirib.

Hadisə ilə bağlı polis araşdırma aparır. Hazırda müşahidə kameralarının yazıları tədqiq edilir.

Almaniyada vandallar növbəti məscidi təhqir ediblər

Teqlər: quran ، quran xəbər agentliyi ، İslam ، cami ، iqna ، namaz ، din
captcha