IQNA

İmam Kazimin (ə) hərəminin üzərinə qara bayraq sancılıb

11:23 - April 22, 2017
Xəbər sayı: 3481567
25 rəcəb 7-ci İmam Həzrət Museyi-Kazim (ə) şəhadət günüdür. İmamın şəhadət günü münasibəti ilə ötən gün Kazimeyndə İmam Kazım (ə) və İmam Cavad (ə) hərəmlərinin üzərində qara bayraqlar sancılıb.

İmam Kazimin (ə) hərəminin üzərinə qara bayraq sancılıb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, bayraqların dəyişdirilməsi məqsədi ilə ötən gün rəsmi mərasim keçirilib. Mərasimdə qara bayraq əzadarlıq rəmzi olaraq hər iki İmamın qəbrinin günbəzi üzərinə sancılıb.

İmam Museyi-Kazimin (ə) şəhadəti münasibəti ilə Kazimeyndə zəvvarlara xidmət çadırları və əzadarlıq çadırları da quraşdırılıb.

Yüzlərlə zəvvar İmam Kazim (ə) hərəmini ziyarət etmək məqsədi ilə artıq bir neçə gündür İraqın müxəlif şəhərlərindən Kazimeyn şəhəri istiqamətində hərəkət edib. Bağdad şəhər polisi zəvvarların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri tədbirlər görüb.

captcha