IQNA

İmam Mehdinin (ə.f) qoşununda olan 13 nəfər xanımın vəzifəsi nə olacaq?

7:19 - April 23, 2017
Xəbər sayı: 3481572
İmam Sadiq (ə) buyurdu: "Yaralıları müalicə edəcəklər, xəstələrə tibbi xidmət göstərəcəklər. Necə ki, Həzrət Peyğəmbərin (s) də qoşununda döyüşlərdə belə xanımlar var idi".

Şiə hədis qaynaqlarında gələn rəvayətlərə görə, Həzrət İmam Mehdi Sahib Zamanın (ə.f) qoşununda 313 nəfər onun yaxın silahdaşı olacaqdır ki, həzrət (ə.f) onların vasitəsi ilə yer üzünüə hakimiyyət edəcəkdir. Bu hədislərə əsasən İmamın (ə.f) xüsusi silahdaşları və dostlarının arasında 13 nəfər xanım da olacaqdır. Bu məsələdə insanların zehnində yaranan suallardan biri də budur ki, İmam Mehdinin (ə.f) qoşununda olan 13 nəfər xanımın vəzifəsi nə olacaq?

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Mehdiçilik" bölməsinin bu barədə qısa arayışında deyilir ki, belə bir sual ilə Həzrət İmam Sadiqin (ə) yaxın səhabəsi Müfəzzəl ibn Ömər də O Həzrətə (ə) belə bir sual ilə müraciət etmişdi.

عن مفضل بن عمر قال: سمعت اباعبدالله علیه السلام یقول: «یکن مع القائم ثلاثة عشر إمرة» قلت: وما یصنع بهنّ؟ قال: «یداوین الجرحی و یقمن علی المرضی، کما کان مع رسول الله صل الله علیه وآله» قلت: فسمهن لی، قال «القنواء بنت رشید، و ام ایمن، و حبابة الوالبیِّه،... و ام سعید الحنفیة، و صبّانة الماشطة و ام خالد الجهنیة».

منابع: دلایل الامامة، ص 259؛ اثبات الهدة، ج 3، ص 75.

Müfəzzəl ibn Ömər deyir ki, İmam Sadiqdən (ə) eşitdim ki, Həzrət Mehdi Sahib Zamanın (ə.f) yaxın əshabı və silahdaşları arasında 13 nəfər xanım da olacaqdır. Buna görə də İmamdan (ə) soruşdum ki, o xanımlar qoşunda nə edəcək, hansı rolu ifa edəcək və hansı vəfizəni daşıyacaqlar?

İmam Sadiq (ə) buyurdu: "Yaralıları müalicə edəcəklər, xəstələrə tibbi xidmət göstərəcəklər. Necə ki, Həzrət Peyğəmbərin (s) də qoşununda döyüşlərdə belə xanımlar var idi".

Müfəzzəl deyir: İmama (ə) ərz etdim ki, onların adlarını da buyurun.

İmam (ə) buyurdu: Rəşidin qızı Qənva, Ümmü Əymən, Həbabə Valibiyyə, Əmmar Yasirin anası Süməyyə, Zibeydə, Ümmü Xalid Əhməsiyyə, Ümmü Səid Hənəfiyyə, Səbanə Maşitə və Ümmü Xalid Cəhnumi". (Dəlailul-İmamət, s259).

http://iqna.ir/fa/news/3591977/


Teqlər: iqna ، imam mehdi ، 13 qadın ، 313 nəfər
captcha