IQNA

Əllamə Hillinin İmam Zamandan (ə.f) nəql etdiyi istixarə

7:52 - April 23, 2017
Xəbər sayı: 3481573
Əllamə Hilli özünün "əl-Misbah" (çıraq) kitabında bu istixarə barədə yazır: Bu istixarə Əmr Sahibimiz Həzrət Mehdidən (ruhumuz ayağının torpağına fəda olsun) rəvayət edilmişdir...

Çətin işlər və iki yol ayrıcında qalan zaman çarə üçün üz tutduğumuz qapılardan biri də "istixarə"dir. Bu barədə məsumlarımızdan (ə) bizə gəlib çatmış hədislərimizdə də tövsiyə edilib ki, bu çarə yollarından birini də Əllamə Hilli özünün "əl-Misbah" (çıraq) kitabında İmam Zamandan (ə.f) nəql etmişdir.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Mehdiçilik" bölməsinin bu barədə hazırladığı arayışda yazılır ki, Əllamə Hilli özünün "əl-Misbah" (çıraq) kitabında bu istixarə barədə yazır: "Bu istixarə Əmr Sahibimiz Həzrət Mehdidən (ruhumuz ayağının torpağına fəda olsun) rəvayət edilmişdir. Bu istixarə aşağıda göstərilən kimi yerinə yetirilir:

Həmd surəsi (10, 3 və ya 1 dəfə oxumaq)

Qədr surəsini 10 dəfə oxumaq

Aşağıdakı duanı 3 dəfə oxumaq:

اَللّهُمَّ اِنّى اَسْتَخيرُكَ لِعِلْمِكَ بِعاقِبَةِ الْاُمُورِ وَ اَسْتَشيرُكَ لِحُسْنِ ظَنّى بِكَ فِى الْمَاْمُولِ وَالْمَحْذُورِ اَللهُمَّ اِنْ كانَ الْاَمْرُ الْفُلانى مِمّا قَدْنيطَتْ بِالْبَرَكَةِ اَعْجازُهُ وَ بَواديهِ وَ حُفَّتْ بِالْكَرامَةِ اَيَّامُهُ وَ لَياليهِ فَخِرْلى اَللهُمَّ فيهِ خِيَرَةً تَرُدُّ شُمُوسَهُ ذَلُولاً وَ تَقْعَضُ اَيّامَهُ سُرُوراً اَللهُمَّ اِمّا اَمْرٌ فَاَئْتَمِرُ وَ اِمّا نَهْىٌ فَاَنْتَهى اَللّهُمَّ اِنّى اَسْتَخيرُكَ بِرَحْمَتِكَ خِيَرَةً فى عافِيَةٍ.

Duanı oxuduqdan sonra təsbihin muncuq gilələri və dənələrindən müəyyən bir miqdarını ovucuna alır və başqa dənələrdən ayırırsan. Ovucunda olan dənələri sayırsan. Ovucunda olan dənələrin sayı tək olarsa (məsələn 3), niyyətində tutduğun o işi yerinə yetir. Və əgər təsbih gilələrinin sayı cüt olarsa, niyyətində tutduğun o işin dalınca düşmə və etmə.

Bu istixarə Məfatihul-Cinan kitabında "Seyid Rəzi istixatəsi" adı ilə də rəvayət edilmişdir. (Səhifeyi Məhdiyyə, s. 685).


captcha