IQNA

Braziliyanın tək ruhanisi və Sao- Pauloda təbliğ

9:12 - April 23, 2017
Xəbər sayı: 3481574
Rouderigo Cəlul hazırda Braziliyada olan tək müsəlman ruhanisi və təbliğatçısıdır. O cavan yaşlarında ikən müqəddəs İslam dini ilə tanış oldu, hidayət yolunu tutdu, şiə məzhəbini qəbul etdi...

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Höccətul- İslam vəl- müslimin Rouderigo Cəlul hazırda Braziliyada olan tək müsəlman ruhanisi və təbliğatçısıdır. O cavan yaşlarında ikən müqəddəs İslam dini ilə tanış oldu, hidayət yolunu tutdu, şiə məzhəbini qəbul etdi və İslam dini ilə dərindən tanışlıq və dini təhsil almaq üçün müqəddəs Quma şəhərinə Aili Dini Elmi Hövzəyə gəldi.

Höccətul- İslam vəl- müslimin Rouderigo Cəlul İQNA ilə müsahibəsində Braziliyanın Sao- Paulo şəhərində Həzrət Fatiməz- Zəhra (s) adına İslam Mərkəzi təsis etdiyini xəbər verərək dedi:

Bu mərkəzi təsis etməkdə hədəfimiz müqəddəs İslam dini, İlahi maarifi və Əhli-Beyt (ə) məktəbi maarifini Portuqaliya dilində təbliğ etməkdir.

Bu mərkəzdə həftənin şənbə günləri Quran təfsiri və İslam əxlaqı mövzusunda çıxışlarımız olur. Hər həftə dini iclaslarımız var və bütün dini münasibətlər və günlərlə bağlı tədbir və mərasimlərimiz olur.

Ramazan ayında isə Quran məclisləri, iftar proqramları təşkil edir və Qüds gününü qeyd edirik. Aşura və ƏRBƏİN mərasimini əzadarlıq edirik.

Bundan əlavə mərkəzimiz xeyriyyəçilik zəminində də fəaliyyət göstərir. Yetimlərə və fəqirlərə maddi köməklər edir.

Höccətul- İslam vəl- müslimin Rouderigo əlavə etdi: Braziliyanın müsəlman cəmiyyətinin çoxu Əhli-Sünnə məzhəbindəndirlər. Cənubi Amerikanın ən böyük şəhəri olan Sao- Pauloda şiələrin təkcə dörd İslami mərkəzi vardır: Məhəmməd Rəsulullah (s) məscidi; Braziliya İslam Mərkəzi (kitabların çapı və tərcüməsi işində aktivdir); İranlı bir ruhani tərəfindən idarə edilən "İmam Mehdi (ə.f) İslam Mərkəzi" və "Həzrət Fatimeyi- Zəhra (s) İslam Mərkəzi" ki, braziliyalı əhali ilə hərtərəfli həmkarlıq edirlər.

O, xristianların İslam barədə fikirləri barədə danışaraq dedi: "Braziliyadakı xristian məsihilər İslam dini ilə maraqlanır, bəzən qəbul edirlər. Mən özüm əvvəldən İslamı və şiə məzhəbini qəbul etmişəm. Və çalışıram ki, həmvətənlərimi bu müqəddəs dini ilə daha yaxından tanış edim. Elə bu hədəflə də İrana gələrək Qumda təhsil aldım və indi öz vətənimdəyəm və İslam dininin təbliği ilə məşğulam".

Qeyd edək ki, Braziliyanın tək şiə ruhanisi Qum Elmi Dini Hövzəsinin "Əl-Mustafa" dini elmlər akademiyasının məzunudur. Brazilyada da şiə ruhanisi olaraq tanınır və müxtəlif media vasitələrində də onu İslami və ruhani bir sima kimi tanıyırlar.

Braziliya Cənubi Amerikanın ən böyük dövlətidir. İslam dini Osmanlı dövründə afrikalıların bu ölkəyə mühacirəti ilə bu ölkədə yayıldı. Bu ölkənin müsəlman əhalisin sayı 1milyon 500 min nəfərdən çoxdur. Onların əksəriyyəti Misir, Mərakeş, Suriya və Livan kimi ölkələrdən buraya mühacirət etmiş ərəblərdir.

تنها روحانی برزیلی و تبلیغ در «سائوپائولو»


تنها روحانی برزیلی و تبلیغ در «سائوپائولو»

تنها روحانی برزیلی و تبلیغ در «سائوپائولو»

تنها روحانی برزیلی و تبلیغ در «سائوپائولو»
Teqlər: iqna ، braziliya ، sao- paulo ، şiə ، müsəlman
captcha