IQNA

Los- Anceles kitab festivalında Quran paylanıldı

6:48 - April 24, 2017
Xəbər sayı: 3481575
"Los- Ancele kitab festivalı" sərgisində maraqlı köşklərdən biri də Şimali Amerikanın "İslami Cəmiyyət"inin kitab köşkü idi ki, İslam maarifinin təlimi və təbliği hədəfi ilə yaradılmışdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Los- Anceles Times" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Los- Ancelesdə keçirilən "Los- Ancele kitab festivalı" sərgisində sevimli və maraqlı kitab köşklərindən biri də Şimali Amerikanın "İslami Cəmiyyət"inin kitab köşkü idi ki, İslam maarifinin təlimi və təbliği hədəfi ilə yaradılmışdı. Bu köşkdə sərgiyə gələn insanlara pulsuz olaraq Quran- Kərimin İngilis dilinə tərcümə nüsxələri paylanılırdı.

Bundan əlavə bu köşkdə müsəlmanlar barədə dialoq, müxtəlif dinlər barədə məlumat almaq və İslami geyim tərzini və hicabı imtahan etmək fürsəti sərgiyə gələn insanlar üçün yaradılmışdı.

"Los- Ancele kitab festivalı" Amerikanın ən böyük kitab festivalıdır ki, bu il iki gün müddətində keçirildi və dünən, Aprel ayının 23-də öz işini yekunlaşdırdı.

Albert Tampi - Şimali Amerikanın "İslami Cəmiyyət"inin kitab köşkünün koordinatoru və məsulu, bu barədə dedi: Biz 10 ildən çoxdur ki, hər il "Los- Ancele kitab festivalı" sərgisində bu köşkü qururuq və həmişə də insanlar tərəfindən çox böyük və geniş maraqla qarşılanır. Bu il də bizim kitab və təbliğ köşkümüzə gələnlərin və maraqlananların sayı ötən ildəkindən daha da artmışdı.

O əlavə etdi: Cəmiyyətdə İslam barədə bir çox yanlış şaiə və təsvirlər vardır və buna görə də insanlar bu barədə maraqlanır və bilmək istəyirlər. Bizim köşkün də hədəfi insanlara İslam barədə ümumi informasiya ötürməkdir. Və bu iki gündə biz insalara 2 min civarında Quran- Kərimin ingiliscə tərcümə nüsxəsini hədiyyə etmişik.

http://iqna.ir/fa/news/3592313


captcha