IQNA

Məhəmməd Yusif əl-Bədr:

Bütün ailə üzvlərimiz Quran hafizidir

8:24 - April 24, 2017
Xəbər sayı: 3481577
İranın beynəlxalq Quran- Kərim yarışlarına İngiltərədən qatılan peşəkar qiraət üzrə iştirakçı dedi: İngiltərədə Quran ailəsində anadan olmuşam və ailəmizin bütün üzvləri Quran hafizidirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 34-cü beynəlxalq Quran- Kərim yarışlarına İngiltərədən qatılan peşəkar qiraət üzrə iştirakçı dedi: İngiltərədə Quran ailəsində anadan olmuşam və ailəmizin bütün üzvləri Quran hafizidirlər.

İran İslam Respublikasının 34-cü beynəlxalq Quran- Kərim yarışlarına İngiltərədən qatılan Quran- Kərimin peşəkar qiraət ustadı, Quran hafizi, Quran və Quran elmləri müəllimi və İngiltərənin milli Quran yarışlarının hakimlər heyətinin üzvü Məhəmməd Yusif əl-Bədr bu yarışlar çərçivəsində İQNA ilə müsahibəsi zamanı dedi: Quranla mənus və ünsiyyətdə olan bir ailədə doğulmuşam. Mən və böyük qardaşım Şeyx Yasir əl-Bədr bu ölkənin məşhur və tanınmış qarilərindənik. Ailəmizin bütün üzvləri Quran hafizidir. Mən 15 yaşımda İngiltərənin "Leydiz" şəhər məktəbində Quranı əzbərlədim. 18-19 yaşlarında ikən peşəkar qiraət və tilavət fənnini öyrəndim.

O əlavə etdi: Mən Quran qarisi və həm də müəllimiyəm. Quran- Kərimin yayılması və Quran mədəniyyətinin genişlənməsi üçün müxtəlif ölkələrə səfər edir və Quran qiraət edirəm.

Əl-Bədr vurğuladı: Mən və qardaşım hazırda İngiltərədə "Bədr" Quran və Quran Elmləri Mərkəzini təsis etmişik və bu mərkəzdə müxtəlif ölkələrdən olan yüzlərlə insan Quranın tilavət və hifzini öyrənməklə məşğuldur.

Məhəmməd Yusif əl-Bədr dedi: İslam dünyasının müxtəlif ölkələrində keçirilən Quran yarışlarında hakimlər heyətinin tərkibində olmuşam. Arzum budur ki, dünyanın hər yerində Allahın kəlamını və Quran elmlərini tədris edim.

Məhəmməd Yusif əl-Bədr müsahibəsinin davamında İran İslam Respublikasının beynəlxalq Quran- Kərim yarışlarının arzuolunan səviyyədə keçdiyini vurğulayıb və qeyd edib ki, o, müxtəlif ölkələrdə Quran yarışlarında hakim kimi iştirak etsə də, birinci dəfədir ki, Quran yarışlarından bir yarışçı olaraq iştirak edir.

http://iqna.ir/fa/news/3592435


captcha