IQNA

Bu avropalı yeniyetmə Quranın istənilən ayəsini əzbər oxuyur

12:37 - May 18, 2017
Xəbər sayı: 3481667
Bosniyada 16 yaşlı Axmed Xamidoviç adlı qeyri-adi bir yeniyetmə var. O, 13 yaşında isə Bosniyanın ən gənc Quran hafizi olub.

Bu avropalı yeniyetmə Quranın istənilən ayəsini əzbər oxuyur

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslaminsesi.az-a istinadla xəbər verir ki, Bosniyada 16 yaşlı Axmed Xamidoviç adlı qeyri-adi bir yeniyetmə var. O, 4 yaş yarımlığında ərəb dilində oxumağı öyrənib, 5 yaşında Quranı öyrənməyə başlayıb, 13 yaşında isə Bosniyanın ən gənc Quran hafizi olub.

İslaminSesi Moderator.az-a istinadən xəbər verir ki, hazırda Axmed mədrəsədə oxuyur. O, dəfələrlə Quran oxunması üzrə yarışmaların qalibi olub. İndi o, Müqəddəs Kitabımızın istənilən ayəsini gözəl avazla əzbərdən oxuyur.

"Quran həmişə həyatımın əsas istiqamətveriçisi olub. Mən onu gündən-günə daha çox oxumaqdayam. Quranı oxuyun və Allahı sevin. Gələcək planlarıma gəldikdə, mən yaddaşımı daha da möhkəmləndirmək və daim Qurana uyğun yaşamaq niyyətindəyəm”-deyə avropalı gənc bildirib.

Şükür Allaha ki, hər birimiz üçün nümunə olacaq belə müsəlman gəncləri var.

captcha