IQNA

Sionist əsgərləri Qəzzada fələstinlilərə hücum edib

11:02 - May 20, 2017
Xəbər sayı: 3481672
İşğalçı İsrail rejim qüvvələrin Qərb Şəriyə və Qəzzada fələstinlilərə hücum edib, bir neçə nəfəri güllə ilə yaralayıb.

Sionist əsgərləri Qəzzada fələstinlilərə hücum edib

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qadra bildirib ki, fələstinlilər işğalçı İsrail rejim həbsxanalarında aclıq aksiyası keçirən məhbuslarla həmrəylik nümayiş etdirmək məqsədilə Qəzzanın şimalında Beyt Lahya bölgəsində etiraz aksiyası keçirib.

O deyib ki, işğalçı İsrail əsgərləri sərhəddəki müşahidə qüllələrindən etirazçılara tərəf atış açıb və bir neçə nəfərin o cümlədən bir qadının yaralanmasına səbəb olub.

Sionist əsgərlər həmçinin etirazçıları dağıtmaq üçün əl qumbarasından istifadə edib. Partlayış nəticəsində 1 fələstinli gənc ayağından yaralanıb.

Məlumata görə, İsrail rejim əsgərləri Qərbi Şəriyədədə etirazçılara hücum edib və 6 fələstinlini oğurlayıb aparıb.

İşğalçı rejim əsgərləri fələstinlilərin etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edir.

Bildirilir ki, Fələstinin işğal olunmuş ərazilərində işğalçı rejim əsgərləri müxtəlif bəhanələrlə kəndlərə və qəsbələrə hücumlar təşkil edir. Hücumlar nəticəsində çox sayda insan yaralandığı bildirilir.

captcha