IQNA

İran prezident seçkiləri ƏRƏB mediasında;

Ərəb mediaları İran xalqının seçkilərdə izdihamlı və coşqulu iştirakına etiraf etdi

18:55 - May 20, 2017
Xəbər sayı: 3481674
Regionun ƏRƏB mediaları, o cümlədən Misir, Livan və İraq informasiya vasitələri İran xalqının, xüsusilə də xanımların on ikinci prezident seçkilərində izdihamlı və coşqulu iştirakı işıqlandırdılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran xalqının, xüsusilə də xanımların 19 May 2017-ci il tarixində keçirilən şəhər və kəndlərin beşinci "İslami Şura" və onikinci prezident seçkilərində izdihamlı və coşqulu iştirakı indiyədək İrana qarşı düşmən mövqeyindən çıxış edən Ərəb mediasını da bu seçkilərin böyük bir xalq qəhrəmanlığı olduğuna etiraf etməyə məcbur etdi.

Regionun ƏRƏB mediaları, o cümlədən Misir, Livan və İraq kütləvi informasiya vasitələri İran xalqının, xüsusilə də xanımların on ikinci prezident seçkilərində izdihamlı və coşqulu iştirakı işıqlandıblar.

Misirin "əl-yəvm əs-sabe" qəzetinin xəbər və informasiya portalı İran İslam Respublikasının on ikinci prezident seçkilərində xalqın geniş və coşqulu iştirakını xatırladaraq bu seçilərdə qadınların izdihamlı iştirakını önə çəkib və xanımların iştirakı ehtiva edən fotolar paylaşaraq seçkilərdə 40 milyon nəfər seçicinin iştirak etiyini vurğulayıb.

Yenə də Misirin "əl-Ərəbiyyul- Cədid" xəbər və informasiya portalı İran İslam Respublikasının on ikinci prezident seçkilərində xalqın geniş və coşqulu iştirakını xatırladaraq şəhərlilərin, xüsusilə də tehranlıların daha çox Həsən Ruhaniyə və rayon və kəndərin isə daha çox İbrahim Rəisiyə səs verdiyini yazır.

Livanın "əl-Mənar", "əl-Əhd" və "əl-Məyadin" xəbər agentlikləri İran seçkilərinin hər anını geniş işıqlandıraraq xalqın izdihamlı və 70%-dan yuxarı iştirakını İrandan demokrtiyanın göstəricisi hesab ediblər və vurğulayıblar ki, İran xalqı siyasi qüdrətin istiqamətləndirilməsində həlledici rola və təsirə malikdir.

Bundan əlavə seçkiləri "əl-Cəzirə.net", "CNN Ərəbi", BƏƏ-nin "İRƏMnyuz", "Nucumun Misriyyə", "Misravi", "Bəvabətul- Fəcr", "Dut Misr", "əl-Bədil" (Misir), "əl-Fərat" (İraq), "Eskaynyuz", "əl-ərəb nyuz", "əl-viam", "şərqul-əvsət" və s... Ərəb mediaları işıqlandırıblar.

Həmişə İran İslam Respublikasına qarşı qərəzli və düşmən mövqeyindən çıxış edən CNN – də İran xalqının, xüsusilə də xanımların 19 May 2017-ci il tarixində keçirilən şəhər və kəndlərin beşinci "İslami Şura" və on ikinci prezident seçkilərində izdihamlı və coşqulu iştirakı qarşısında etiraf etməyə məcbur oldu.

ƏRƏB mediaları bu seçkilərdə xalqın əksəriyyətinin izdihamlı iştirakını, xanımların geniş iştirakını, seçki vaxtının iki dəfə uzadılmasını və Ruhani və Rəisi arasında böyüş yarışın olmasını və həmçinin bu yarışın nəticəsnin region siyasətlərində dərin təsirə malik olduğunu vurğulayıblar.

Əl-Ərəbiyyə və digər qərb muzduru olan medialar isə Donald Trampın Ərəbistan səfərini daha geniş işıqlandıraraq Ərəb cavanlarının diqqətini İrandan yayındırmağa çalışdılar.


از اذعان به حضور حماسی مردم تا پوشش مشارکت گسترده زنان

از اذعان به حضور حماسی مردم تا پوشش مشارکت گسترده زنان
captcha