Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, Suriyanın paytaxtı Dəməşq şəhərinin cənubunda yerləşən Seyyidə-Zeynəb kvartalının yaxınlığında güclü partlayış baş verib.
"Partlayış, çox güman ki, Seyyidə-Zeynəb kvartalının hava limanına gedən yol tərəfdən olan girişindəki ordu nəzarət-keçid məntəqəsində baş verib. Partlayışın səbəbləri və xəsarət alanların olub-olmaması haqda isə hələ ki, məlumat yoxdur.”
Qeyd edək ki, şiə müsəlmanların yaşadığı Seyyidə-Zeynəb kvartalı terrorçuların daimi hədəfidir. Gücləndirilmiş təhlükəsizlik tədbirlərinə baxmayaraq, terrorçular terror aktlarını törətmək üçün sıx əhalili yerlərə soxula bilirlər.
Dəməşqin Seyyidə-Zeynəb kvartalında güclü partlayış