Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi yeni danışıqlar üçün paytaxt Səna şəhərinə səfər edib.
Səfər zamanı etirazla qarşılanan nümayəndə nə edəcəyini bilməyib. Belə ki, mühafizəçiləri nümayəndəni təhlükəsiz yerə aparmaq istəyiblər. Nümayişçilər isə Sənada yerləşən BMT binası qarşısında tətbiq olunan embarqoların ləğv edilməsini tələb ediblər.