IQNA

Bəhreyn qiyamı: 5 bəhreynli etirazçı şəhid olub

10:36 - May 24, 2017
Xəbər sayı: 3481689
Ali-Xəlifə rejim qüvvələrinin Diraz bölgəsində ölkənin şiə lideri Ayətullah Şeyx İsa Qasimin evinə hücum zamanı 5 nəfər şəhid olub.

Bəhreyn qiyamı: 5 bəhreynli etirazçı şəhid olub

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a istinadən xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyi etirazçılardan 5 nəfərin şəhid olduğunu təsdiqləyib.

Bəhreyn DİN elan edib ki, bu hücum zamanı 280 nəfərdən çox etirazçı həbs olunub.

Qeyd edək ki, ötən gün səhər Ayətullah Şeyx İsa Qasimin həbs qərarına etiraz əlaməti olaraq Bəhreynin müxtəlif bölgələrində aksiyalar keçirilib.

Polis aksiyaları dağıtmaq üçün etirazçılara hücum edib. Gözyaşardıcı qaz və güllələrdən istifadə edib.

Ali-Xəlifə rejim qüvvələri həmçinin ötən gün Şeyx İsa Qsimin evinə hücum edib. Evdə olan hər bir şəxsin həbs olunduğu bildirilir. Hələlik Ayətullah Şeyx İsa Qasimin həbs olunduğu təsdiqlənməyib.

Ötən gecə Bəhreynin Əl-Məamir, Sar, Malikiyə, Maqaba, Sitre və digər bölgələrində Əhli-Beyt (ə) ardıcılları Ayətullah İsa Qasimi müdafiə etmək və təhlükəsizlik qüvvələrinin onun evinə hücum etməsinə etiraz əlaməti olaraq küçələrə axışıb və aksiyalar keçirib.

Bəzi məlumatlara görə, AliXəlifə rejim qüvvələri ötən gecə etirazçıların bəzisinin evinə hücum edib. Onları həbs etməklə yanaşı evlərini dağıdıb.

"Amnesty International", "Human Rights Watch", "Bəhreyn İslami Əməl Cəmiyyəti", "Əl-Vifaq Cəmiyyəti" və digər bir neçə digər beynəlxalq və yerli insan hüquqları müdafiəsi təşkilatı Ali-Xəlifə rejiminin bəhreynlilərə qarşı zorakılığını kəskin pisləyib.

Ali-Xəlifə rejim qüvvələrinin Diraz bölgəsində ölkənin şiə lideri Ayətullah Şeyx İsa Qasimin evinə hücum zamanı 5 nəfər şəhid olub.

captcha