IQNA

Azərbaycan halal turizmin inkişafına görə ilk 30 ölkə sırasındadır

10:43 - May 24, 2017
Xəbər sayı: 3481690
Verilən son məlumata əsasən Global Muslim Travel İndex reytinqində Azərbaycan 24-cü yeri qazanıb.

Azərbaycan halal turizmin inkişafına görə ilk 30 ölkə sırasındadır

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) deyerler-a istinadla xəbər verir ki, hər il Sinqapurun halal turzim üzrə ixtisaslaşmış dünya miqyaslı Crescent Rating şirkəti MasterCard-la birgə Global Muslim Travel İndex reytinqini tərtib edir. Reytinqdə islami turizm baxımından ən cəlbedici ölkələrin adları yer alır. Bu ilki reytinqə görə ilk 50-liyə Çin, Cənubi Koreya və Avstraliya kimi ölkələr də daxil olub. Nəticələr CrescentRating rəsmi saytında dərc olunub.

Siyahıda ilk yer Malayziyaya məxsusdur. İlk beşliyi isə BƏƏ, İndoneziya, Türkiyə və Səudiyyə Ərəbistanı tamamlayır.

İran bu il irəliləyərək, 10-cu pillədə qərar tutub.

Qeyri-müsəlman ölkələri arasında isə birincilik Sinqapura məxsusdur. Daha sonra Tailand, İngiltərə, CAR və s. ölkələr yer alır.

Azərbaycan reytinq siyahıslnda 24-cü, qonşu Rusiya 44-cü, Gürcüstan isə 116-cı yerdə qərarlaşıb. Reytinq cəmi 130 ölkəni əhatə edir. Reytinqin tərtib edilməsində ölkəyə çatma və daxilolma imkanları, xidmət səviyyəsi, ailəvi istirahət etmək və halal (bar və s. olmayan) məkanlarda yerləşdirilmək opsionları, halal qida iaşəsinin səviyyəsi və s.kimi göstəricilər rəhbər tutulub.

Hazırda rəsmi məlumatlara əsasən, dünyada il üzrə 121 milyon müsəlman səyahətçi var. Dünyada hər 10 səyahətçidən biri müsəlmandır. Proqnozlara əsasən, 2020-ci ildə müsəlman turizminin həcmi artaraq, ildə 156 milyon səyahətçi ilə 220 milyard dollara çatacaq.

captcha