IQNA

İrandan Suriyadakı terrorçulara möhkəm raket şapalağı

9:28 - June 19, 2017
Xəbər sayı: 3481769
İslam İnqilabı Keşikçiləri Korpusu İŞİD terrorçuların Suriyadakı bazalarına raket zərbəsi endirib.

İrandan Suriyadakı terrorçulara möhkəm raket şapalağı

SaharTV-nin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Baş İctimai Əlaqələr Şöbəsi bir məlumatda Sepah-ın hava-kosmos qüvvələrinin son Tehran terror cinayəti amillərini cəzalandırmaq məqsədilə Suriyanın Diyrəlzur şəhərində təkfirçi terroçuların komandanıq mərkəzi, eləcə də onların toplaşma və dəstək mərkəzlərinə qarşı raket hücumundan xəbər verib.
İran xalqındanbir qrupməzlum və oruc insanın yaralanması və18 nəfərin şəhid olması ilə nəticələnmiş Tehranda baş vermiş son terror cinayətinin ardıncaİslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bildiribdir ki, "heç bir pak qanın axıdılmasını cavabsız qoymayacaqdır!"
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın bəyanatında deyilir: Sepah Suriyadakı terrorçuları tənbeh etmək məqsədiləbu ölkənin Diyrəlzur şəhərində təkfirçi terroçuların komandanıq mərkəzi, eləcə də onların toplaşma və dəstək mərkəzlərini bir neçə ədəd "quru-quru" tipli orta mənzilli raketlə hədəfə alıbdır.


captcha