Sahartv-nin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri çərşənbə axşamı günü günortadan sonra İraq baş naziri Heydər əl-İbadini qəbul ediblər: İran İslam Respublikası qonşu olaraq İraqın bir hissəsinin ayrılması üçün referendumun keçirilməsinə dair bəzi hay-küylərə qarşıdır və bu məsələni qıcıqlandıranları İraqın müstəqilliyi və mentalitetinin müxalifi hesab edir.
İraqın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edən İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Amerikalılar qarşısında ayıq-sayıq olmaq lazımdır, onlara heç bir vəchlə etimad ertmək olmaz. Çünki ABŞ və onun əlaltıları İraqın müstəqilliyi, mentaliteti və birliyinə qarşıdır.
Həzrət Ayətullahülüzma Xamenei ABŞ və əlaltılarının Həşdüş-Şəəbi və ya Xalq Səfərbər Qüvvələrinə qarşı çıxmasına toxunaraq əlavə ediblər: Amerikalıların xalq səfərbər qüvvələrinə qarşı çıxmasını səbəbi budur ki, onlar İraqın öz önəmli iqtidar amilini itirməsini istəyirlər.
Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Heç bir vəchlə amerikalılara etimad etməyin. Çünki onlar zərbə vurmaq üçün fürsət ardıncadırlar.
İslam İnqilabını Böyük Rəhbəri İraqdakı ixtilaf və iki dəstəliyin yaranmasını zərbə vurmaq üçün ABŞ-ın nəzərdə tutduğu fürsət adlandırıb və deyiblər: Bu fürsət onlara verilməməlidir. Eyni zamanda təlim və başqa məsələlər bəhanəsi ilə ABŞ hərbçilərinin İraq daxil olmasının qarşısını almaq lazımdır.
İslam İnqilabının Böyük Rəhbəri amerikalıların İŞİD-ə qarşı çıxmasının real olmadığını qeyd edərək xatırladıblar: Amerikalılar və regionda ona tabe olan bəzi ölkələr İŞİD-i məhv etmək ardınca deyillər. Çünki İŞİD onların dəstəyi və pulu ilə yaranıb və onların əlində olan İŞİD-in İraqda qalmasında maraqlıdırlar.