Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Sahartv-yə istinadla verdiyi məlumata görə, Misir, Ərəbistan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Fələstin, İordaniya, Sudan, Yəmən, İraq və Livan bu gün, 25 iyunu Fitr bayramı elan ediblər.
Oman isə şənbə günü axşam Şəvval ayının hilalının müşahidə edilməsinin öz təsdiqini tapmadığını elan edərək, bazar ertəsi, 26 iyunu Fitr bayramı elan edib.
İran İslam Respublikası və Azərbaycan Respublikası da 26 iyun tarixini Fitr bayramı elan ediblər.