İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, müqəddəs Məkkə və Mədinə şəhərləri arasında yüksək sürətli qatar işləyəcək. Bu barədə Səudiyyə Ərəbistanın Okkaz qəzeti məlumat verib.
Qəzetin verdiyi məlumata əsasən, bu qatar 450 km-lik Məkkə-Mədinə arasında hərəkət edəcək.
Məlumatda, həmçinin bildirilir ki, "Əl-Hərəmeyn” adlanan dəmiryolu layihəsində zəvvarlar iki müqəddəs şəhər arasında yolu iki dəfə tez və rahat qət edə biləcəklər.
http://iqna.ir/fa/news/3629690