IQNA

İran İslam İnqilabının rəhbərinin hökmü ilə;

"İİR Quruluşunun Məsləhət Şurası"nın yeni sədri, katibi və üzvləri təyin edildi

8:53 - August 15, 2017
Xəbər sayı: 3481971
İran İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin hökmü ilə "İİR Quruluşunun Məsləhət Şurası"nın gələn 5 il üçün yeni sədri, katibi və üzvləri təyin edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) dünya müsəlmanların mənəvi lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin ofisinin rəsmi informasiya saytına istinadla verdiyi xəbərə görə, İran İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin hökmü ilə "İİR Quruluşunun Məsləhət Şurası"nın gələn 5 il üçün yeni sədri, katibi və üzvləri təyin edildi.

İran İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin fərmanının mətni:

Bismillahir-rəhmanir-rəhim

Alim və Qadir Allaha şükür edirəm ki, Özünün kömək və hidayəti ilə "İİR Quruluşunun Məsləhət Şurası"nı öz məsuliyyətli və ağır vəzifələrini layiqincə yerinə yetirməyə müvəffəq etdi və bu qanuni təşkilat keçən otuz ildən çox müddətdə ölkənin idarəsində təsirli rol ifadə edə bildi.

Özümə lazım bilirəm ki, bu təşkilatın bütün üzvləri və işçilərinə təşəkkür və bu təşkilatda xidmət göstərib dünyadan gedənlərin xatirəsini yad edim. Xüsusilə də Haşimi Rəfsəncani cənablarını ki, ölkənin siyasi sütünlarından və dayqlarından biri idilər və uzun illər bu təşkilatın məsuliyyətini çiyinlərində daşımışdılar və həmçinin (bu təşkilatda zəhmətləri olan) Höccətul- İslam vəl- müslimin Təbəsi və Əsgərövladi və Dr. Həsən Həbibi cənablarını yad edir və onların hamısına Allahdan rəhmət diləyirəm.

İndi isə bu təşkilat üçün yeni bir dövr başlayır və mövcud dəyərli təcrübələrimizə əsaslanaraq bu təşkilatın quruluş və məzmununda bəzi dəyişikliklərin edilməsini zəruri hesab edirəm ki, bunlardan əsasən aşağıdakılardan ibarətdir:

Külli siyasətlər məcmuəsinin qaydaya salınması və yenidən baxılması

Siyasətlərin icrasına nəzarət məsələsinin qaydaya salınması

Siyasətlərin daha təsirli və effektiv olmasını dəyərləndirmək üçün lazım olan işləri görmək

Qəbul olunmuş nizamnamə əsasında təşkilatlanmaq, təşkilatın müdiriyyət edilməsi və nizamnamə əsasında mərkəzləşmək üçün tam həmrəylik yaratmaq

Təşkilatın yüngülləşdirilməsi və sürətləndirilməsi üçün qeyri-zəruri və paralel bölmələrin ixtisara salınması

Bunlardan əlavə də islahatlar lazım olacaq ki, onlar da işin gedişatı zamanı təşkilatın məsulları tərəfindən həyata keçiriləcəkdir.

Yuxarıda dediklərimizə uyğun olaraq Ayətullah Hacı Seyid Məhmud Haşimi Şahrudini "İİR Quruluşunun Məsləhət Şurası"nın sərdi, Dr. Möhsün Rzayini "İİR Quruluşunun Məsləhət Şurası"nın katibi vəzifəsinə və aşağıda adları çəkilən həqiqi (fiziki) və hüquqi şəxsləri "İİR Quruluşunun Məsləhət Şurası"nın gələn 5 illik dövr üçün üzvlüyünə təyin edirəm:

Hüquqi şəxslər:

1). Üç əsas güc strukturunun rəisləri

2). "Nigahban Şurası"nın fəqihləri

3). Silahlı Qüvvələrin Baş Qərargahının rəisi

4). Milli Təhlükəsizlik Ali Şurasının katibi

Fiziki şəxslər:

Ayətullah və Höccətul-İslamlar: Hacı Seyid Məhmud Haşimi Şahrudi, Hacı Şeyx Əhməd Cənnəti, Əmini Nəcəfabadi, Müvəhhidi Kermani, Natiq Nuri, Şeyx Həsən Sanei, Möhsünü Əjei, Müctəhid Şəbüstəri, Seyid İbrahim Rəisi, Dürri Nəcəfabadi, Məhəmmədi Əraqi, Məcid Ənsari və Misbahi Müqəddəm.

Həmçinin Qulamrza Ağazadə, Əli Ağaməhəmmədi, Məhmud Əhmədinicat, Səid Cəlili, Məhəmmədcavad Yerəvani, Məhəmmədrza Bahünər, Əhməd Təvəkkülü, Qulaməli Həddad Adil, Davud Daneşcəfəri, Pərviz Davudi, Möhsün Rzayi, Seyid Məhəmməd Sədr, Məhəmmədhüseyn Səffar Hərəndi, Məhəmmədrza Arif, Məhəmməd Fruzəndə, Seyid Həsən Firuzabadi, Məhəmmədbaqir Qalibaf, Hüseyn Məhəmmədi, Hüseyn Müzəffər, Seyid Mustafa Mirsəlim, Seyid Məhəmməd Mirmuhəmmədi, Seyid Mürtəza Nəbəvi, Əliəkbər Vilayəti, Sadiq Vaizzadə və Əhməd Vəhidi.

Yuxarıda adları çəkilən cənabları İİR quruluşunun məsləhətini dəqiqləşdirmək işində diqqət, möhkəmlik və bütün vücudla işləməyə və həmçinin məntiqli, insaflı və saleh olmağa dəvət edirəm. Və özüm və onlar üçün Allahdan tövfiq və hidayət diləyirəm.

Bu hökmün əlavələrində qeyd edilən nöqtələrin diqqət mərkəzində olması zəruridir.

Seyyid Əli Xamenei

23 Mordad 1396

http://www.iqna.ir/fa/news/3630223


captcha