IQNA

Vəhabi sələfilər HƏMAS-ın silahlı qüvvələrinə hücum edib

6:31 - August 18, 2017
Xəbər sayı: 3481979
HƏMAS təhlükəsizlik qüvvələrinin xəbər mənbələri elan edib ki, Qəzzə zolağının Misir ilə sərhəddində bir qrup sələfi-vəhabi təhlükəsizlik qüvvələrinə qarşı intihaçrı hücum edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, HƏMAS təhlükəsizlik qüvvələrinin xəbər mənbələri elan edib ki, Qəzzə zolağının Misir ilə sərhəddində iki nəfər sələfi-vəhabi HƏMAS təşkilatının təhlükəsizlik qüvvələrinə qarşı intihaçrı hücum edib. Bu silahlı qarşıdurmada hər iki tərəfdən iki nəfər ölüb.

Fələstin Daxili İşlər Nazirliyinin HƏMAS silahlı qüvvələrinin kontrolunda olan Qəzzədəki qərargahının verdiyi bəyaniyyədə deyilir ki, təhlükəsizlik qüvvələri sərhəddə yaxınlaşmaqda olan iki nəfəri saxlayıblar. Bu zaman saxlanılanlardan biri özünə bağladığı partlayıcı kəməri işə salıb. Bu intiharçı partlayış zamanı intiharçı ölüb, yanındakı yaralanıb və təhlükəsizlik qüvvələrindən də bir neçəsi yaralanıb.

Qəzzə zolağındakı xəstəxananın məsullarından birinin jurnalistlərə verdiyi xəbərə görə, bu hadisədə yaralanan təhlükəsizlik qüvvələrindən biri aldığı yaradan həyatını itirib.

HƏMAS təhlükəsizlik qüvvələrinin xəbər mənbələrinin verdiyi məlumata görə, intiharçılar radikla vəhabi və sələfi dəstələrindən birinin üzvləri olublar.

Bu hadisələr o halda baş verir ki, HƏMAS Misir ilə əlaqələrini yaxşılaşdırmağa çalışır və Qahirə isə bundan öncə dəfələrlə Qəzzə zolağındakı sərhəddini uzun müddətlərlə bağlı saxlayıb.

HƏMAS "cihadçı sələfi" dəstələrinin fələstinlilərə qarşı terror hücumlarının qarşısını almaq üçün Misirin Sina yarımadasının Qəzzə zolağı ilə sərhədində təhlükəsizlik qüvvələrinin sayını artırıb.

Sina yarımadası bundan öncə də dəfələrlə sələfilərin və İŞİD terrorçularının Misirin hərbi qüvvələrinə hücumunun şahidi olmuşdur.

http://www.iqna.ir/fa/news/3631532


Teqlər: iqna ، həmas ، qəzzə ، vəhabi ، sələfi ، misir ، sina
captcha