IQNA

HƏCC mərasiminin ən məşhur fotoqrafı dünyasını dəyişdi – foto

6:50 - August 18, 2017
Xəbər sayı: 3481980
Əbdüləziz Fərixə - HƏCC mərasimlərinin və Məkkə və Mədinənin ziyarət məkanlarının ən məşhur və qocaman tunisli fotoqrafı ürək infarktı səbəbi ilə dünyasını dəyişdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əbdüləziz Fərixə - HƏCC mərasimlərinin və Məkkə və Mədinənin ziyarət məkanlarının ən məşhur və qocaman tunisli fotoqrafı ürək infarktı səbəbi ilə cari həftənin ikinci günü, 15 Avqust 2017-ci ildə dünyasını dəyişdi.

Əbdüləziz Fərixə müsəlmanların iki müqəddəs hərəmi Məkkə və Mədinənin və həmçinin Həcc mərasimlərinin 70-ci illərdə ən məşhur və peşəkar fotoqrafı idi.

Bu tunisli fotoqrafın çəkdiyi şəkillər "əl-Həcc ila Beytullahil-Həram" (Allahın hörmətli evinə tərəf Həcc səfəri) adlı ərəbcə albomda toplanmış və çap edilmişdir.

Bu kitab müxtəlif dillərə tərcümə edilmişdir və dünyanın bir çox KİV və mediaları öz işlərində bu kitabın şəkillərindən faydalanırlar.

Əbdüləziz Fərixə cavan vaxtlarında Həccə səfər etdi, bu səfəri çərçivəsində bir çox maraqlı və dəyərli şəkillər çəkdi və özündən yadigar qoydu.

Əl-Fərixə 1941-ci ildə Tunisdə fotoqraf ailəsində dünyaya göz açmışdı və qardaşı Tunisin Sfakis şəhərinin ən məşhur və ilkin fotoqraflarından biri olmuşdur.

http://www.iqna.ir/fa/news/3631556

مشهورترین عکاس حج درگذشت + عکس

مشهورترین عکاس حج درگذشت + عکس







captcha