İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Məscidul-Həram" və "Məscidun-Nəbi (s)" ziyarətgahlarının "əl-məsahif vəl-kutub" (Quran və dini kitablar) idarəsi "hər zairə bir Quran" devizi ilə "Beytullah əl-həram"ın (KƏBƏ) ziyarətçiləri və hacıların hər birinə bir Quran hədiyyəsi layihəsinin icrasına başlamışdır.
Şeyx Əli ibn Hamid Nafei – "Məscidul-Həram" və "Məscidun-Nəbi (s)" ziyarətgahlarının "əl-məsahif vəl-kutub" (Quran və dini kitablar) idarəsinin rəisi, bu barədə dedi: Bu idarə hər ziyarətçiyə bir Quran layihəsini "hacılara və ziyarətçilərə xidmət bizim iftixar medalımızdır" kompaniyasının həyata keçirilməsi yönündə icra edir.
O əlavə etdi: Bununla beşinci dəfədir ki, belə bir layihə icra edilir və bu layihə çərçivəsində biz hacıları qarşılayır və həmçinin onların hər birinə bir nüsxə Allah kəlamı olan Quran- Kərimi hədiyyə edirik ki, bu müqəddəs kitab ilə xoş saatlar keçirsinlər.
Bu xəbərin davamında deyilir ki, "Məscidul-Həram" və "Məscidun-Nəbi (s)" ziyarətgahlarının "əl-məsahif vəl-kutub" (Quran və dini kitablar) idarəsi bundan əlavə hacılara Quran təlimi kursları da nəzərdə tutmuşdur.
http://www.iqna.ir/fa/news/3631519