IQNA

Fələstinli yeniyetmə İordan çayının qərb sahilində şəhid edilib

13:35 - August 20, 2017
Xəbər sayı: 3481992
Verilən son məlumatlara əsasən, Fələstinli yeni yetmə İordan çayının qərb sahilində sionist hərbçilərin açdıqları atəş nəticəsində şəhid edilib.

Fələstinli yeniyetmə İordan çayının qərb sahilində şəhid edilib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Sionist rejim polisinin sözçüsü Luba Səməri bu gün deyib ki, bu rejim qüvvələri əlində bıçağı olduğu deyilən fələstinli yeniyetmə Qətiyə Ziyad Yusif Zəhrana atəş açıblar.

Sionist rejim hərbçiləri dünən axşam da İordan çayının qərb sahilinin şimalında Nablosun cənubunda bir təhlükəsizlik mərkəzində yerləşən sionist hərbçilərdən birinə bıçaqla hücum etmək niyyətində olduğunu iddia edərək bir fələstinlini şəhid ediblər.

sionist rejim hərbçiləri 2015-ci il oktyabr ayından Qüds intifazəsinin başlandığı gündən indiyədək 370 fələstinlini şəhid ediblər.

Teqlər: iqna ، quran ، İslam ، fələstin ، israil ، qüds
captcha