IQNA

"Beynəlxalq Qari" beynəlxalq internet tilavəti yarışları

12:53 - August 25, 2017
Xəbər sayı: 3482024
Bəhreyndə "Beynəlxalq Qari" üçüncü beynəlxalq internt tilavəti yarışları cari həftənin üçüncü günü, 2017-ci ilin Avqust ayının 23-də öz işinə start verdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyndə "Beynəlxalq Qari" üçüncü beynəlxalq internt tilavəti yarışları cari həftənin üçüncü günü, 2017-ci ilin Avqust ayının 23-də öz işinə start verib.

"Əxbarul-Bəhreyn" xəbər və informasiya portalının yaydığı xəbərə görə, Firudin ibn Yəqub Miftah – Bəhreynin İslami İşlər və Vəqflər Nazirinin müavini, bu barədə mətbuata açıqlama verib.

Bəhreynin İslami İşlər və Vəqflər Nazirinin müavini mətbuat konfransında dedi: "Beynəlxalq Qari" üçüncü beynəlxalq internt tilavəti yarışları bu nazirliyin və Bəhreynin İslami İşlər Ali Şurasının nəzarəti ilə həyata keçirilir.

Firudin ibn Yəqub Miftah yarışlarının keçirilməsi qaydası barədə dedi: Bu yarışlara istənilən kəs olduğu yerdən yarışların internet saytına girərək qoşula bilər. Beləki yarışçı öz fərdi məlumatlarını göstərilən cədvələ yazdıqdan sonra öz tilavətini öz adına olan səhifədə yerləşdirir ki, hakimlər komitəsi qiymətləndirsinlər.

Firudin ibn Yəqub Miftah – Bəhreynin İslami İşlər və Vəqflər Nazirinin müavini, tilavətlər yarışların hakimlik komitəsində qiymətləndirildikdən sonra nəticələr 2018-ci ilin Aprel ayında elan ediləcəkdir.

O, bu yarışın keçirilməsinin əsas hədəfinin cavanları Quranla mənus olmağa təşviq etmək olduğuna işarə edərək dedi: Bu yarışların ikinci turunda dünyanın 91 ölkəsindən 7 mindən çox insan iştirak etmişdi.

Bəhreynin İslami İşlər və Vəqflər Nazirinin müavini bu yarışların üç kateqoriya üzrə keçiriləcəyini bildirərək dedi: Yarışlar "kiçik qari" (17 yaş aşağısı), "Təcvidçi qari" və "Tərtilçi qari" kateqoriyaları üzrə keçiriləcəkdir.

Qeyd edək ki, bu məlumata görə yarışlara Ərəbistan, Misr, İndoneziya və Mərakeşdən olan təcrübəli qarilər hakimlik edəcəklər.

Yarışlarda "təcvidçi qari" qrupunda birinci yerin sahibinə 30 min dollar, "tərtilçi qari" qrupunda birinci yerin sahibinə 25 dollar və "kiçik qari" qrupunda birinci yerin sahibinə 20 min dollar mükafat veriləcəkdir. Digər iştirakçılara isə 5 min dollar məbləğindən az olmamaq şərti ilə müxtəlif hədiyyələr veriləcəkdir.

http://www.iqna.ir/fa/news/3634029


captcha