IQNA

Tehranın cümə namazı xitabətçisi:

İranın silahlı qüvvələri düşmənləri narahat edir

7:02 - August 26, 2017
Xəbər sayı: 3482034
Tehranın cümə namazı xitabətçisi Xatəmulənbiya (s.ə.s.) adına hava hücumundan müdafiə qərargahının yaradılmasını İran İslam Respublikası quruluşunun iftixarlarından adlandırıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Höccətulislam vəl-muslimin Kazem Seddiqi Tehranın bu həftəki cümə namazı xütbələrində İran İslam Respublikası Ordusunun Xatəmulənbiya (s.ə.s.) adına hava hücumundan müdafiə qərargahının yaradılmasının ildönümü gününü təbrik edərək, İranın silahlı qüvvələrini, o sıradan Sepah-ı və İran İslam Respublikası Ordusunuİran İslam Respublikası quruluşunun iftixarları adlandırıb.

İran İslam Respublikası Ordusunun Xatəmulənbiya (s.ə.s.) adına hava hücumundan müdafiə qərargahı 2008-ci il avqustun 31-də İslam İnqilabının Böyük Rəhbərinin tarixifərmanı ilə yeni formada meydana gəldi.

Tehranın cümə namazı xitabətçisi həmçinin İranda dövlət həftəsinin gəlib çatmasını təbrik edərək, vurğulayıb: "İman və real inam" və "yorulmzalıq" İran İslam Respublikası quruluşunun məsul şəxslərinin özəlliklərindəndir.

1981-ci ildə İranın ozamankıprezidenti və baş naziri Mohəmməd Əli Rəcayi və Mohəmməd Cavad Bahonər terrorçu münafiqlər qaragüruhu ünsürləri tərəfindən baş nazirlik binasında törədilmişterror partlayışında şəhid oldular. İslami quruluşda əsl dövlət rəsmisi meyarıolmuşbu şəhidlərin xatirələrinin anılması üçün avqustun 24-dən 30-dək olan müddət "dövlət həftəsi" adlandırılıbdır.


Teqlər: iqna ، tehran ، cümə namazı
captcha