IQNA

Qəzzədə eşitmə qüsuru olanlar üçün Quran təlimi layihəsi həyata keçiriləcək

12:56 - August 29, 2017
Xəbər sayı: 3482052
Eşitmə qüsuru olanlara Quran təlimi çabaları istiqamətində "Eşitməyən Yetkinlərin Gələcəyi Birliyi" eşitmə qüsuru olanlar üçün Quran təfsiri dərsləri təşkil edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, eşitmə qüsuru olanlara Quran təlimi çalışmaları istiqamətində Qəzzənin "Eşitməyən Yetkinlərin Gələcəyi Birliyi" eşitmə qüsuru olanlar üçün Quran təfsiri dərsləri təşkil edib.

Quran təlimi çalışmaları işi üzrə başladılan və Qəzzədə beş nəfər eşitmə qüsuru olan yetkinə Quran təlim etmək məqəsədini qarşıya qoymuş bu təlim kurslarında 12 yaşdan 18 yaşadək eşitmə qüsuru olan yeniyetmələr və cavanlar iştirak edəcəklər.

Eşitmə qüsuru olanlar üçün Quran təlimi kursları Qəzzənin "Eyd ibn Məhəmməd Sani" xeyriyyə təşkilatının dəstəyi ilə "Darul-Quran və Sünnə" mədəni-maarif təşkilatının binasında keçiriləcəkdir. Kursların hər birində 20 nəfər şagird iştirak edəcəkdir.

Bu kursları təşkil edənlərin fikrincə bu işin eşitmə qüsuru olanlar üçün Quranı öyrənməkdən əlavə ictimai faydları da olacaqdır, onlar cəmiyyətdə daha çox yer ala biləcəklər.

Qeyd edək ki, Fələstinin ictimai işlər nazirliyinin hesabatına görə, 2015-ci ildə Qəzzədə 18 yaşından yuxarı 2500 nəfərin və 18 yaşında aşağı 1500 nəfərin eşitmə qüsuru olub.

http://www.iqna.ir/fa/news/3635311


captcha