IQNA

Məkkədə 5 min nəfərlik hazır yemək paketləri müsadirə edildi

16:44 - August 30, 2017
Xəbər sayı: 3482058
Məkkənin "əl-Ümrə" rayonun gigiyena idarəsinə bağlı nəzarət qrupu lisenziyası olmadan hacılara yemək paketləri paylayan aşpazxanlar aşkarlayıb və beş min nəfərlik yemək paketini müsadirə edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Məkkə" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, müqəddəs Məkkənin şəhərinin "əl-Ümrə" rayonun gigiyena və sağlamlığa nəzarət idarəsinə bağlı sanitariya nəzarət qrupu lisenziyası və fəaliyyət səlahiyyəti olmadan hacılara yemək paketləri paylayan aşpazxanlar aşkarlayıb və beş min nəfərlik sanitariya qaydalarına uyğun olmayan yemək paketini müsadirə edib.

"əl-Ümrə" rayonun icra başçısı Xalid Sindi bu barədə xəbər verərək deyib ki, bu aşpazxanalar qədim Cəddə- Məkkə qədim yolunda yerləşən "Ummul-Cud" rayonunda aşkar edilib. Məkkə zəvvarları arasında yemək paketləri paylayan bu aşpazxanalar və işçiləri sanitar qaydalara əməl etmədən yemək hazırladıqları üçün məsuliyyətə cəlb ediblər.

Xalid Sindi hotellərə və karvan başçılarına xəbərdarlıq edərək bildirib ki, lisenziyası olmadan fəaliyyət göstərən aşpazxana və restoranlarla əməkdaşlıq etməsinlər.

http://www.iqna.ir/fa/news/3636492


Teqlər: iqna ، quran ، həcc ، məkkə ، cəddə ، ərəbistan ، qurban ، İsmayıl
captcha