IQNA

Həccə ezam edilmiş iranlı qarilərin ən yeni "Əsmaul-Hüsna" ibtihalı + Video

0:50 - September 01, 2017
Xəbər sayı: 3482070
İran İslam Respublikasındann 2017-ci ilin Həcc mərasiminə ezam edilmiş Quran qariləri karvanının üzvləri "Təməttö Həcci"nin əməllərinə başlamazdan öncə "Əsmaul-Hüsna"nı xorla oxuyublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasındann 2017-ci ilin Həcc mərasiminə ezam edilmiş Quran qariləri karvanının üzvləri (Mehdi Qurbanəli, Müctəba Məhəmmədbəyi, Məcid Məcidi, Seyid Musəvi Dorçeyi, Mahmud Novruzi, Əqil Fərisat, İbrahim Əbdi, Macid Nəsri, Seyid Səid Musəvi, Seyyid Casim Musəvi, Hüseyn Lazim Səidi) "Təməttö Həcci"nin əməllərinə başlamazdan öncə, Ərəfə gecəsi "Əsmaul-Hüsna"nı (Allahın gözəl adları) xorla oxuyublar və bu gözəl İlahi ibtihal hacılar tərəfindən maraqla qarşılanıb.

جدیدترین همخوانی قاریان اعزامی به حج، قبل از شروع اعمال+فیلم

Qeyd edək ki, İran İslam Respublikası hər il Həcc mərasimi zamanı hacıları müşayət etmək üçün ruhani rəhbərlərdən əlavə mədəni işlər üzrə də nümayəndələr göndərir ki, bunlardan biri də "Quran karvanları"dır.

Quran karvanları İranın məşhur və beynəlxalq qarilərindən ibarət bir dəstə olur. Onlar iranlı hacılar üçün Quranla üns, Kümeyl, Nüdbə və Təvəssül duaları məclislərində müxtəlif proqramlar icra edirlər, azan verir və hər gün tərtil ilə Quran oxuyurlar.

VİDEO

http://www.iqna.ir/fa/news/3636725


Teqlər: iqna ، iran ، həcc ، qari ، ibtihal ، Əsmaul-hüsna
captcha