IQNA

Beynəlxalq İnsan Haqları Təşkilatı elan etdi:

Son üç gündə minlərlə ruhingiyalı müsəlman qətliam edilib

10:10 - September 04, 2017
Xəbər sayı: 3482090
Ruhingiyanın Avropa ölkələri üzrə şurası Myanmardakı etibarlı mənbələrə istinad edərək keçən üç gün ərzində Raxin əyalətində üç min nəfərə yaxın müsəlmanın qətliam edildiyini xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "noonpress" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Myanmarın müsəlmanlar yaşayan məntəqəsi Ruhingiyanın Avropa ölkələri üzrə şurası Myanmardakı etibarlı mənbələrə istinad edərək keçən üç gün ərzində Raxin əyalətində üç min nəfərə yaxın müsəlmanın dövlət qoşunları və radikal buddistlər tərəfindən vəhşicəsinə qətliam edildiyini xəbər verib.

Anita Şoug - Ruhingiyanın Avropa ölkələri üzrə şurası, Anadolu xəbər agentliyi ilə müsahibəsində bu xəbəri elan edərək dedi: Myanmarın Raxin əyalətində yerli aktivistlər və etibarlı mənbələrdən əldə edilən məlumata görə, Myanmarın silahlı qüvvələri və radikal buddistlər keçən üç gün ərzində üç minədək günahsız müsəlmanı vəhşicəsinə qətliam ediblər.

O əlavə etdi: Myanmar dövlət qoşunlarının bu regionda keçirdiyi qanlı əməliyyat 100 min nəfər ruhingiyalı müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olub ki, onların iki min nəfərindən çoxu Myanmar və Banqladeş sərhədləri bağlandığı üçün sərhəd kənarında avara və sərgərdan qalıblar.

Ruhingiyanın Avropa ölkələri üzrə şurası sözçüsü beynəlxalq təşkilatlar və dünya xalqlarından istədi ki, ən tez zamanda ruhingiyalı müsəlmanların qətliamının dayandırılması ilə bağlı bir iş görsünlər.

http://www.iqna.ir/fa/news/3638062


captcha