IQNA

Tatarıstanın tarixi kilsəsi YUNESKO-da qeydiyyata alındı

10:41 - September 11, 2017
Xəbər sayı: 3482137
Rusiyanın mədəniyyət naziri Tatarıstanın tarixi kilsəsinin UNESCO təşkilatı tərəfindən qeydiyyata alınmasını mənəvi və iqtisadi bir hadisə adlandırdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tatarıstanın Sviyajsk əyalətinin "Uspeniski kilsəsi" və bu kilsənin ətrafındakı monastırlar YUNESKO təşkilatı tərəfindən dünyanın tarixi və mənəvi irsi siyahısına əlavə edilib.

İran İslam Respublikasının Moskvadakı mədəni əlaqələr və işlər idarəsinin verdiyi məlumata görə, Rusiyanın mədəniyyət naziri Vladimir Mediniski bu badərə deyib: Tatarıstanın Sviyajiski əyalətinin "Uspeniski kilsəsi" və bu kilsənin ətrafındakı monastırlar YUNESKO təşkilatı tərəfindən dünyanın tarixi və mənəvi irsi siyahısına əlavə edilməsi Rusiya üçün təkcə mənəvi deyil, həm də iqtisadi əhəmiyyətə malikdir.

O əlavə edib: Çünki biz sona illərdə tarixi Sviyajiski əyalətinin turizm sahəsində böyük və geniş inkişafının şahidi olduq və bu inkişaf artmaq üzrə davam edir. Bu regionda yeni binalar və mezeylər tikilir. Buna görə də bu məsələ bir növ yeni iş yerləri icad edəcək, xarici tursitlərin sayı çoxalacaq və iqtisadi inkişaf olacaq.

Qeyd edək ki, 16-19-cu əsrlərə aid olan bu kilsə və ətrafındakı monastırlar Rusiyanın YUNESKO tərəfindən qeydiyyata alınan 290-cı və Tatarıstanın 3-cü tarixi abidəsidir.

http://www.iqna.ir/fa/news/3640131


Teqlər: iqna ، tatarıstan ، rusiya ، kilsə ، monastır
captcha