10:11 - September 26, 2017
Xəbər sayı: 3482202
ABŞ-ın Teksas ştatının "Asiya Birliyi" təşkilatı "Heyrətamiz dünya; İslam və incəsənət zaman və məkan axarında" devizi ilə keçirilən sərgiyə evsahibliyi edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın Teksas (Texas) ştatının "Asiya Birliyi" təşkilatı "Heyrətamiz dünya; İslam və incəsənət zaman və məkan axarında" devizi ilə keçirilən sərgiyə evsahibliyi edir.

Bu sərgi 2017-ci ilin Sentyabr ayının 23-də öz işinə başlamışdır və 2018-ci ilin Fevral ayının 27-dək davam edəcəkdir.

Teksasın "Heyrətamiz dünya; İslam və incəsənət zaman və məkan axarında" devizi ilə keçirilən İslami incəsənət sərgisində müsəlman aləminin, Asiya, Afrika, Avropa və Amerika müsəlmanlarının keçmişdən indiyədək yaratdıqları xariqüladə incəsənət əsərləri nümayiş etdiriləcəkdir.

Bu sərgi Amerikanın Nyu-Cersi şəhərinin "Nyu-Ark" muzeyinin həmkarlığı ilə keçirilir.

Sərgidə dünya müsəlmanlarının tarixin müxtəlif dövrlərində həyat tərzini, mədəniyyətini, incəsənəti və dindarlığını aşılayan yüzdən çox incəsənət əsəri nümayiş olunur.

Teksasın "Heyrətamiz dünya; İslam və incəsənət zaman və məkan axarında" devizi ilə keçirilən İslami incəsənət sərgisi İslami prinsipləri və müsəlmanların mədəniyyət, tairx, incənəsət və həyat tərzini insanlara incəsənət açısında tanıtdırır.

Sərginin təşkil edilməsi üçün buraya İran, İspaniya, Çin, Türkiyə və Hindistandan xalça, geyim, qiymətli cəvahirlər, siramik, şüşə qablar, hüsnxətt nümunələri, rəsm əsərləri və çap nümunələri gətirilmişdir.

http://www.iqna.ir/fa/news/3646069


Teqlər: İQNA ، ABŞ ، Texas ، İslami incəsənət
Ad:
E-poçt:
* Comment: