9:59 - September 27, 2017
Xəbər sayı: 3482205
Beynəlxalq “Sayyahussein” (De Ya Hüseyn) kampaniyası Amerikanın Kaliforniya ştatında maraqlı bir aksiya edib.


Aşura ilə əlaqədar

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, bir neçə aydır ki, Aşura hadisəsini və İmam Hüseyn (ə) mesajını dünyaya çatdırmaq məqsədi ilə Kaliforniyada təsis olunan "Aşura” təşkilatı İmam Hüseyni (ə) dünyaya tanıtmaq məqsədi ilə "Sayyahussein” beynəlxalq kampaniyasına start verib.

Təşkilat İmam Hüseynə (ə) aşiq olan bütün şəxslərə müraciət ünvanlayaraq bu kampaniyaya qoşulmasını istəyib. Məqsəd İmam Hüseyni (ə) dünyaya tanıtmaqdır.

Çağırışda İmam Hüseyn (ə) aşiqlərindən bir kağızın üzərində "#SayYaHussein” yazaraq əllərində tutub şəkil çəkdirmək və sosial şəbəkələrdə paylaşmaq xahiş edilib.

Qeyd edək ki, "Aşura” təşkilatı həmçinin islamofobiya ilə mübarizə, Aşura həqiqətlərini xüsusi mütəxəssislərdən istifadə etməklə sosial mediada yaymaq və digər bu kimi işlərlə məşğul olacaq.

Teqlər: Aşure ، Say Ya Hussein ، İslam ، iqna ، Quran
Ad:
E-poçt:
* Comment: