İşgalci İsrail
rejiminin Myanmada ordu və radikal buddistlərin mülki əhaliyə qarşı qətliam və
zülmlərinə baxmayaraq bu ölkəyə silah satmağa davam etməsi etirazlara səbəb
olur.
İnsan hüquqları fəalları tərəfindən Siyonist Rejim Ədalət Məhkəməsinə edilən
müraciətdə, Tel-Əviv rəhbərliyinin Myanmaya silah satışını dayandırması tələb
edilib.
Bu gün məsələni danışmaq üçün toplanan məhkəmədə İsrail rejimini təmsil edən
Şoş Şmueli adlı vəkil "Məhkəmə İsrailin xarici işlərinə
qarışmamalıdır",- deyib.
İsrail rejimindən silah satışının dayandırılacağına dair bu ana qədər bir
açıqlama gəlməyib.
Myanmaya silah satışının dayandırılması üçün Siyonist rejim Ali Ədalət Məhkəməsinə
müraciət edən insan haqları aktivistlərinin vəkili Eitay Mek Avropa Birliyi və
ABŞ-ın Myanmaya silah embarqosu qoymasına baxmayaraq, İsrailin silah satışına
davam etməsini tənqid edib.
İslamazeri