12:19 - September 27, 2017
Xəbər sayı: 3482207
İşğalçı rejim İsrail Myanmada dinc qırğınlara qarşı istifadə edilən silahların satışlarına fasiləsiz davam edir.


İsrail Myanmaya silah satmağa davam edir

İşgalci İsrail rejiminin Myanmada ordu və radikal buddistlərin mülki əhaliyə qarşı qətliam və zülmlərinə baxmayaraq bu ölkəyə silah satmağa davam etməsi etirazlara səbəb olur.

İnsan hüquqları fəalları tərəfindən Siyonist Rejim Ədalət Məhkəməsinə edilən müraciətdə, Tel-Əviv rəhbərliyinin Myanmaya silah satışını dayandırması tələb edilib.

Bu gün məsələni danışmaq üçün toplanan məhkəmədə İsrail rejimini təmsil edən Şoş Şmueli adlı vəkil "Məhkəmə İsrailin xarici işlərinə qarışmamalıdır",- deyib.

İsrail rejimindən silah satışının dayandırılacağına dair bu ana qədər bir açıqlama gəlməyib.

Myanmaya silah satışının dayandırılması üçün Siyonist rejim Ali Ədalət Məhkəməsinə müraciət edən insan haqları aktivistlərinin vəkili Eitay Mek Avropa Birliyi və ABŞ-ın Myanmaya silah embarqosu qoymasına baxmayaraq, İsrailin silah satışına davam etməsini tənqid edib.

İslamazeri

Teqlər: iqna ، Quran ، İsrail ، Myanma ، müsəlman ، Qüds
Ad:
E-poçt:
* Comment: