IQNA

Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi hicab qadağası haqda danışdı

14:21 - September 27, 2017
Xəbər sayı: 3482208
Gürcüstanın Telavi rayonunun azərbaycanlıların sıx yaşadığı Qaracala kəndində məktəb direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb.

Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi hicab qadağası haqda danışdıTahir Astanov məktəb rəhbərliyini dini azadlığın məhdudlaşdırılmasında ittiham edərək, Gürcüstanın Təhsil və Elm Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadla xəbər verir ki, məsələ ilə bağlı Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Hacı Ramin İgidovdan münasibət öyrənib.

Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Hacı Ramin İgidov belə bir qadağanın dövlət səviyyəsində olmadığını deyib.

"Bu cür məhdudiyyətlər ara-sıra baş verir. Lakin dövlət tərəfindən belə bir qadağa yoxdur. Hətta gürcü məktəbində də bir dəfə belə bir hadisə olmuşdu. Biz etiraz etdik və milliyətcə gürcü olan direktor üzr istədi və problemi həll etdi", - deyəGürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Hacı Ramin İgidov bildirib.

"Telavi rayonunda azərbaycanlı direktor və müəllimlər hicablıların çoxaldığını gördükdə narahat olurlar. Bu da, o rayonda daha çox sələfiliyin olması ilə bağlıdır. Yəni kütləvi halda bu baş verəndə, müəllimlər "bura mədrəsədirmi, orta məktəbdirmi?" kimi tez-tez etirazlar edirlər. Dövlət tərəfindən belə bir qadağa olmadığına görə, böyük etiraz etmək istəmirik. Lakin buna baxmayaraq biz Resurs mərkəzinə etirazımızı bildirərək məsələnin həll olmasını tələb edəcəyik.", -deyəHacı Ramin İgidov əlavə edib.

captcha