IQNA

Banqladeş ruhingiyalı müsəlman qaçqınlara daha çox kömək etmək istəyir

16:24 - September 27, 2017
Xəbər sayı: 3482209
İndiyədək Banqladeş ruhingiyalı müsəlman qaçqınlara bəzi məhdudiyyətlər tətbiq edirdisə, indi bu məhdudiyyətləri azaldır və qaçqınlara daha çox kömək etmək fikrindədir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Banqladeş dövləti uzun illərdir ki, Myanmardan qaçan müsəlmanların sığınaqcaq yeridir və onlara sərhəd rayonlarındakı qaçqın düşərgələrində evsahibliyi edir. Eyni halda həmişə qaçqınlara qoşularaq Banqladeşə sızacaq terroristlərdən və dövlətinin təhlükəsizliyinin zəifləməsindən qorxurdu və qaçqınların qəbulu və onlara göstərilən humanitar yardımlarda məhdudiyyətlər tətbiq edirdi. Son günlərdə isə bu məsələ bir az fərqli məcraya yönəlib.

İndiyədək Banqladeş dövləti ruhingiyalı müsəlman qaçqınlara humanitar yardım göstərən qruplara bəzi məhdudiyyətlər tətbiq edirdisə, indi bu məhdudiyyətləri azaldır və qaçqınlara daha çox kömək etmək fikrindədir.

Belə ki, Banqladeş dövləti dünya bankından ruhingiyalı qaçqınlara kömək etmək üçün 250 milyon dollar pul istəyib.

Qeyd edək ki, son iki ayda Myanmar dövlətinin zülmdən Banqladeşə qaçan müsəlmanların sayı 480 min nəfəri keçib və qaçqın düşərgələrində acınaqcaqlı vəziyyət yaranıb. Qaçqın düşəgəsində yaşayanların 60%-i uşaqlardır.

BMT və digər beynəlxalq qrumlar qaçqın düşərgəsində yaşayan myanmarlı müsəlmanların vəziyyətinin yaxşılaşdırılması və müsəlmanların qətliamın dayandırılması üçün danışıqlar aparırlar.

http://www.iqna.ir/fa/news/3647034


Teqlər: iqna ، banqladeş ، ruhingiya
captcha