IQNA

16:42 - September 27, 2017
Xəbər sayı: 3482210
Rohinciya müsəlmanlarının media sözçüsü Ömər əl-Faruq ötən gün Qahirədə keçirdiyi mətbuat konfransında Myanma hökumətinin 1 milyona yaxın Rohinciyalı müsəlmanı öldürdüyünü açıqlayıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,Rohinciya müsəlmanlarının media sözçüsü Ömər əl-Faruq ötən gün Qahirədə keçirdiyi mətbuat konfransında Myanma hökumətinin 1 milyona yaxın Rohinciyalı müsəlmanı öldürdüyünü açıqlayıb.
Misir İstiqlal Partiyasının təşəbbüsü ilə ölkənin Giza şəhərində keçirilən mətbuat konfransında Ö.əl-Faruq deyib ki, Myanma rəsmiləri indiyədək Raxin əyalətində məskunlaşmış 7 milyon müsəlmandan 1 milyon nəfərini qətlə yetirib.
O bildirib ki, 1 milyon Rohinciyalı müsəlmanın öldürülməsi BMT İnsan Hüquqları Şurasının (İHŞ) bülletenində də qeyd olunub.
Ö.əl-Faruq Raxin əyalətində müsəlmanlar əleyhinə qarşı zorakılıqların tarixi köklərini açıqlayıb. "Arakan hökuməti miladdan 5 əsr öncə təşkil olunub və sonradan İslam dini bu bölgəyə Banqladeş və Myanmadan olan tacirlər vasitəsi ilə gəlib. Myanma rəsmiləri 1870 –ci ildə Raxin bölgəsinə dominantlıq etməyə başladı. 1948-1954-cü illərdə buddist yaraqlılar İsraildə təlimlər keçib, rəsmilər tərəfindən Myanma müsəlmanları əleyhinə qaldırıldı. Myanma hökuməti 1973-cü ildə 7 qəbilədən 142 min müsəlmanı ölkə vətəndaşı olmamaq bəhanəsi ilə qətlə yetirib. 1996-cı ildə Myanmanın 14 əyalətində müsəlmanlara qarşı hücumlar başladı və həmin hücumlar zamanı 1500 məscid dağıdıldı. 2013-cü ildə Myanma rəsmiləri və buddist yaraqlılar tərəfindən 150 İslami mədrəsə yandırıldı.”
Ömər əl-Faruq əlavə edib ki, bölgədə yaşayan müsəlmanlar hökumətin təzyiqlərinə görə qorxu içində yaşayır.
O, Myanma müsəlmanlarına dair yayımlanan xəbərlərin saxta olduğunu iddia edənlərə bildirib ki, sosial mediada yayımlanan xəbərlərin 90 faizi düzdür və peyk kanalları yalan məlumatlar ötürür.
























































Teqlər: İQNA ، Myanmar ، Ruhingiya
Ad:
E-poçt:
* Comment: